AŞPA-nın 33 nəfərlik missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

“Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfrans keçirilib
AVCİYA-nın 2022 – Şuşa ilinə dəyərli töhfəsi: Assosiasiya Şuşa layihələri çərçivəsində dördcildlik monoqrafik toplu hazırlayaraq dərc etmişdir
Qarabağ atları və azərbaycanlı süvarilərin məharəti “Kral Vindzor At Şousu”nun tamaşaçılarını valeh edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

AZƏRTAC sechki-2018.az saytına istinadla xəbər verir ki, bu barədə AŞPA-nın ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, 33 nəfərlik nümayəndə heyətinə rumıniyalı deputat Viorel Rikard Badea rəhbərlik edəcək. Onlar ATƏT Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri ilə birlikdə seçkiləri izləyəcəklər.

Missiyanın namizədlər və ya onların nümayəndələri, siyasi partiya rəhbərləri və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşləri nəzərdə tutulur. Nümayəndə heyətinə səfər zamanı Venesiya Komissiyasının üzvü – Avropa Şurasının müstəqil hüquqi ekspertlər qrupu hüquqi yardım göstərəcək.

Missiyanın aprelin 10-da Bakıya gəlməsi gözlənilir. Onlar seçki ilə bağlı ilkin rəylərini aprelin 12-də açıqlayacaqlar.