AŞPA Sərsəng su anbarı ilə əlaqədar məruzəçi təyin edib

Ağdam rayonu haqqinda ümumi məlumat
Ombudsman Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb
Gürcüstan Prezidenti Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfərlərinə etirazını bildirib
Bu gün Kiprdə (Nikosiya) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun motion sənəd olaraq təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin edilib.

Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviç bu məsələ üzrə məruzəçi seçilib.