ATƏT-in sədri bölgəyə rəsmi səfəri zamanı Qarabağ məsələsini müzakirə edəcək

Beynəlxalq elmi konfrans türk-müsəlman xalqlarına qarşı soyqırımlarına dair yeni tarixi faktların üzə çıxarılmasına xidmət edir
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəza enişi edib
Elxan Süleymanovdan növbəti xeyriyyə aksiyası: 400 ailəyə yardım etdi

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı digər məsələlərlə yanaşı, həll olunmamış münaqişələrin yaratdığı təhlükəyə toxunub.

AZƏRTAC xəbər verir ki, Qarabağda Vətən müharibəsindən danışan İsveç diplomatiyasının rəhbəri noyabr ayında Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəsin əhəmiyyətini vurğulayıb.

“İndi biz bu məqamdan istifadə edərək möhkəm sülh sazişinə nail olunması üçün səy göstərməliyik. Mən gələn həftə Bakıya və İrəvana nəzərdə tutulan səfərlərimdən tərəflərin davamlı siyasi həll yolu barədə danışıqlar aparmağa sadiq olduqlarını bir daha təsdiqləmələri ilə bağlı gözləntilərimi ifadə etmək üçün istifadə edəcəyəm”, – deyə Ann Linde bildirib.

ATƏT-in sədri, həmçinin əlavə edib ki, indi biz digər qarşıdurmalarda olduğu kimi, bu münaqişədə də beynəlxalq hüquq normalarına uyğun olaraq, bir sıra humanitar ehtiyacları təmin etməliyik.

AZƏRTAC