ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər edəcəklər

Gələn il Azərbaycan Könüllü Təşkilatları İttifaqı Beynəlxalq Könüllülük Mərkəzinə sədrlik edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüşdə Xankəndidə tikiş fabrikinin videobağlantı vasitəsilə açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yayıb.

Bu barədə “Report”a ATƏT-dən məlumat verilib.

Bildirilir ki, Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (Amerika Birləşmiş Ştatları) BMT Baş Assambleyasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla ayrı-ayrılıqda və birgə görüşüblər:

“Həmsədrlərin görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qoşulub. Onlar həmçinin ATƏT-in baş katibi Tomas Qreminqerlə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla və Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxsləri ilə görüşüblər.

Həmsədrlər hər iki nazirə münaqişənin humanitar və təhlükəsizlik aspektləri üzrə bu yaxınlarda Parisdə və Cenevrədə keçirilən məsləhətləşmələri də daxil olmaqla, iyunda Vaşinqtondakı birgə görüşdən sonra fəaliyyətləri haqqında məlumat veriblər.

Bildirilir ki, həmsədrlər birbaşa əlaqə kanalları da daxil olmaqla, yay mövsümündə tərəflərin zorakılığın minimallaşdırması üzrə səylərinin müsbət nəticələrini qeyd ediblər, həmçinin bu yaxınlardakı qaçılmaz nəticə ilə bağlı dərin təəssüf hissi ifadə ediblər.

Həmsədrlər və nazirlər gərginliyin azaldılması, mövcud şəraitin saxlanılması, sülhə imkan yaradan və danışıqlar üçün əlverişli olan predmetlər üzrə əlavə tədbirlərin müzakirəsini davam etiriblər. Həmsədrləri martın 9-da qəbul etdikləri bəyanata istinad edərək, tərəfləri danışıqların nəticələrini pozan və ya onu qabaqcadan müəyyən edən ritorikadan istifadə etməyi minimallaşdırmağa çağırıblar.

Bəyanatda qeyd edilir ki, həmsədrlər yaxın vaxtlarda regiona səfər etmək niyyətindədirlər”.

Report.az