AVCIYA 24 gün ərzində müşahidəçilərə 36 seminar keçirib

AVCİYA regionlarda əhalini kommunal xidmətlər və istehlakçı hüquqları ilə bağlı maarifləndirir
AVCİYA seçkiöncəsi media monitorinqin nəticələrini açıqladı
AVCİYA Referendumla bağlı regionlarda seminarları başa vurdu

AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar regionlar üzrə müşahidəçilərin seçilməsi, onların qeydiyyatdan keçirilməsi artıq başa çatdırıb. Bu işlərlə paralel olaraq bu günə qədər müşahidəçilər üçün 36 seminar keçirilib. Konkret olaraq sentyabr ayının 28 – dən oktyabrın 12 – nə qədər Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Mingəçevir, Ağdaş, Göyçay, Qobustan rayonlarında seminarlar keçirilib. Bundan əlavə Bakı şəhəri üzrə müşahidəçilərə AVCİYA Seçki Qərargahında 12 terinq təşkil olunub.
Seçki Qərargahının əməkdaşlarından ibarət 2 qrup treninqlərə nəzarət ediblər.
Müşahidəçilər üçün seminarları AVCİYA – nın sertifikatını almış 43 nəfərdən ibarət təlimçilər qrupu həyata keçirir. Oktyabrın 15 – dən başlayaraq digər 3 reqion üzrə seminarlar keçirilməsi planlaşdırılır.

AVCİYA Mətbuat Xidməti