AVCİYA Ağdam rayonunu işğaldan azad edilməsi münasibətilə Azərbaycan Xalqını və Ali Baş Komandanı təbrik edib.

500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
Ümumdünya Meteorologiya Təşkilatı: Dünyanın su problemləri ilə üz-üzə qalacağı günlər o qədər də uzaqda deyil
Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Ağdam rayonunu işğaldan azad edilməsi münasibətilə Azərbaycan Xalqını və Ali Baş Komandanı təbrik edib.

– Azərbaycan xalqının 27 sentyabr 2020-ci il tarixdə başlayan və 44 gün davam edən Vətən müharibəsindəki möhtəşəm qələbəsi ilə işğal altında olan ərazilərimizin böyük bir hissəsi azad olundu. Bu gün 20 noyabr 2020-ci il tarixdə Ağdam rayonun sülh yolu ilə azad edilməsi həmin qələbənin diplomatik yolla davamıdır.
Ali Baş Komandanın rəhbərliyi ilə əldə etdiyimiz bu möhtəşəm qələbələr tezliklə Kəlbəcərin, Laçının və digər torpaqlarımız da azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə başa çatacaqdır.

Azərbaycan bu qələbələrə xalqın Ali Baş Komandanın ətafında yumruq kimi sıx birliyi, güclü iqtisadiyyatı, müasir silahlarla təhciz olunmuş, XXI əsr stanrtlarına uyğun Milli Ordumuz və əhalidə olan yüksək vətənpərvərlik ruhu nəticəsində nail olunmuşdur.

Bü gün Azərbaycanın ən qədim diyarlarından biri olan, zəngin iqtisadiyyata malik və görkəmli şəxsiyyətlər yetirmiş Ağdam rayonunun işğaldan azad olunması 50 milyonluq Azərbaycan xalqının hər bir üzvü kimi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) da hər bir əməkdaşını üzrəkdən sevindirir və müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamını daha da artırır. AVCİYA üzvləri qələbə münasibətlə bütün ağdamlıları ürəkdən təbrik edir.

Sevinirik ki, Ağdamın işğaldan azad olunmasına biz də öz fəaliyyətimizlə az da olsa töhvə verə bilmiş, Azərbaycanın 6 rayonunun o cümlədən Ağdamın düşmən tərəfindən qəsdən sudan məhrum edilməsi ilə bağlı problemin dünyaya çatdırılmasında müəyyən işlər görə bilmişik. AŞPA-nın “Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edililməsi” adlı 2085 saylı qətnaməsinin (26 yanvar 2016-cı il) qəbul olunması, Sərsəng harayının dünyaya çatdırılması, 2016-cı ilin aprel-may aylarında 300 mindən çox imza ilə ABŞ Prezidentinə Petisiya ünvanlaması, Ağdam ərazisində olan tarixi abidələrin tədqiqi və digər işlər bu sahədəki fəaliyyətimiz bariz nümunəsidir.

Azərbaycanın ən qədim diyarlarından biri olan Ağdam rayonun işğaldan azad olunması münasibətilə XXI əsrin xilaskar lideri, cənab Ali Baş komandan İlham Əliyev başda olmaqla dünyanın ən vətənpərvər xalqlarından bir olan Azərbaycan xalqını assosiyamız ürəkdən təbrik edir, vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə allahda rəhmət, yaralı əsgərlərimizə şəfa diləyir, bütün xalqı Prezidentin ətrafında daha sıx birləşməyə çağırırıq.

Hörmətlə,

AVCİYA Prezidenti Elxan Süleymanov