AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verdi

Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Milli parklarda “Təbiəti dərk et-əylən” tipli guşələr yaradılacaq

14 fevral 2019-cu il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiysının (AVCİYA) Seçki Qərərgahının Bələdiyyə seçkiləriylə bağlı Fəaliyyət Proqramının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev bələdiyyə seçkiləri ilə bağlı Assosiasiyanın görəcəyi işlər barədə danışıb.

Bildirilib ki, Assosiasiya Azərbaycan Respublikasında 2004-cü ildən başlayaraq hazırkı dövrə qədər keçirilmiş bütün seçkilərin və referndumun monitorinqini təşkil edib. AVCİYA seçkilərin şəfaf keçirilməsinə yardım etmək  məqsədilə 2004 –cü ildən bu günə kimi bir sıra metodik vəsait və 16 kitabça nəşr etdirib.

Təqdimatda çıxış edən AVCİYA-nın Seçki Qərargahının rəhbəri, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı deyib ki, Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə etmişlər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçilərin Dünya Şəbəkəsinin (World Network od Election Observers – www. worldelection.net) üzvüdür.

Daha sonra natiq qeyd edib ki, AVCİYA Seçki Qərargahı  2019-cü ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə əlаqədar özünün FƏALİYYƏT PROQRAMI əsasında işlərini təşkil edir.  Assosiasiya 2019-cü ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət proqramına uyğun olaraq ilk mərhələdə aşağıdakı işləri görməyi planlaşdırır:

  • Bələdiyyələrə aid beynəlxalq təcrübənin öyrənilməsi;
  • Bələdiyyə seçkilərinə aid qanunvericilik bankının yaraldılması;
  • “Seçki məcəlləsi”nə dəyişiklərlə bağlı tövsiyələrin hazırlanması;
  • Seçki öncəsi vəziyyətin monitorinqinin təşkili;
  • Broşur və bülletenlərin hazırlanması;
  • Regionlarda seçici fəaliğının artırılması üçün maarifçilik işlərinin təşkili;
  • Seçki prosesi ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və əməkdaşlığın təşkili;
  • Seçkilərin monitorinqi ilə məşğul olan digər ölkələrinin QHT-ləri ilə əməkdaşlığın genişləndirilməsi;
  • AVCİYA Seçki Qərargahının fəaliyyəti ilə  bağlı KİV-ə mütəmadi məlumatlar vermək.