AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Sumqayıtda seminar keçirdi

ANAMA vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb
İlham Əliyev türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlərini qəbul edib
Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahı  bələdiyyə seçkiləri ilə əlqədar növbəti seminarı Sumqayıtda keçirib.  

AVCİYA Seçki qərargahının rəhbəri, t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlı tədbir içtirakçları qarşısında geniş məruzə ilə çıxış edib. O, bildirib ki, bu yaxınlarda AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı 2019-cu ilin fevral-dekabr ayları arası dövrü əhatə eədən aralıq hesabatını ictimaiyyətə təqdim edib. Bundan başqa M. Zülfüqarlı seminar iştirakçılarına Azərbaycanda bələdiyyə institutunun keçdiyi tarixi yol, bələdiyyələrin fəaliyyətləri zamanı üzləşdikləri problemlər, bələdiyyələr sahəsində mövcud  beynəlxalq təcrübə, bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyələrin qanunvericilik bazası və digər məsələlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, Respublikada bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, həmçinin müşahidəçilərə AVCİYA-nın  hazırladığı “Müşahidəçilər üçün Yaddaş Kitabçası” və müşahidəçilərə MSK tərəfindən verilmiş vəsiqələr təqdim olunub.

Tədbirdə AVCİYA Seçki qərargahının Sumqayıt Regional ofisinin nümayəndələri də iştirak edib.

AVCIYA Seçki Qərargahı