AVCİYA erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması ilə bağlı yeni layihəyə start verib

İlham Əliyev Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirak edib
Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var
Zakir Həsənov: “Azərbaycanın qazandığı qələbə Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına böyük töhfə verəcək”

Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Milli Ordunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda apardığı qəhrəman mübarizə nəticəsində işğaldan azad olunmuş rayon və şəhərlərə erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi  zərərin hesablanması ilə bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  (AVCİYA) yeni layihəyə start verib. Layihənin rəhbəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti Elxan Süleymanovdur.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  2011-ci ildə “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri”  adlı layihə həyata keçirib. Layihə çərçivəsində işağal altında olan Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Cəbhəyanı və Ermənistanla həmsərəd olan Qazax, Ağstafa, Tovuz, Tərtər, Ağcabədi, Beyləqan rayonlarının 2011-ci ilə qədər Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış və məhv edilmiş obyektləri haqqında məlumatlar toplanmışdır. Layihənin yekununda 2012-ci ildə   millət vəkili Elxan Süleymanov və iqtisad elmləri doktoru Vurğun Süleymanovun müəllifliyi ilə “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” adlı kitab nəşr edilmişdir. Yeni layihə 2011-ci ildə həyata keçirilmiş layihənin davamı olaraq daha geniş tədqiqatı əhatə edəcəkdir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  (AVCİYA) Mətbuat Xidməti

26 Oktyabr 2020