AVCİYA Gəncə və ətraf rayonlarda seçki maarifçiliyini davam etdirdi

Bakıda möhtəşəm Formula 1 Azərbaycan Qran-Prisi başa çatıb
Əmək müqaviləsi olanlar dövlətdən dəstək alacaqlar
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar  növbəti  seminarları Gəncə, Göygöl, Daşkəsən, Tovuz  rayonlarının seçki fəalları üçün  keçirib. Tədbirlərin keçirilməsində məqsəd regionlarda əhalinin seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsidir.

 

Tədbirlərdə AVCİYA-nın fəaliyyəti haqqında qısa informasiya verilib. Daha sonra Seçki Qərargahının Fəaliyyət Proqramı, seçki öncəsi ictimai-siyasi vəziyyət, seçkini müşahidə edəcək xarici qurumlar barədə tədbir iştirakçıları məlumatlandırılıb. Daha sonra AVCİYA Seçki Qərargahının rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı Prezident seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə təlimlər keçib.

Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvü Elvin Bədəlli, AVCİYA Gəncə Regional ofisinin rəhbəri Muxtar Əsədov, rayon koordinatorları və yerli KİV nümayəndələri iştirak ediblər.

AVCİYA Seçki Qərargahı növbəti seminarları Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarının  seçki fəalları üçün keçirəcək.

 

AVCİYA Seçki Qərargahı  Mətbuat Xidməti