AVCİYA layihəni yekunlaşdırdı

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Şamaxıda seminar keçirdi
“Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə”
Azərbaycan Respublikasında 23 dekabr 2009 – cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərinin Uzunmüddətli Müşahidəsinin nəticələrinə dair ARALIQ HESABAT

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə aprel ayından başlayaraq həyata keçirdiyi layihəyə yekun vurdu. “Seçici hüquqlarının  müdafiəsinin, seçki şikayətlərinə  baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması  və regionlarda maarifçilik işinin təşkili ” adlı layihə çərçivəsində beş regionda seminar keçirilmiş, “Seçici hüquqlarının qorunmasi” adlı kitab nəşr olunmuşdur. Kitabda digər məsələlərlə yanaşı  “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsi ilə bağlı asosiasiyanın tövsiyyələrinə də geniş yer verilib.

Azərbaycan Respublikasında  2013 – 2015 – ci illərdə keçiriləcək növbəti Prezident, Bələdiyyə və Milli Məclisə seçkilərlə əlaqədar assosiasiya marrifçilik işlərini daim diqqət mərkəzində saxlayır. Seçicilərin demokratik seçkilərə inamını artırmaq, qanunvericiliyə demokratik dəyişiklərlə bağlı tövsiyyələr vermək bu sahədə görülən işlərin bir hissəsidir. AVCİYA layihəni başa vurduqdan sonra da seçki maarifçiliyi ilə bağlı fəaliyyətini davam etdirəcək.

AVCIYA  Mətbuat Xidməti