AVCİYA-nın vitse-prezidenti professor Asif Hacıyev Rusiya Federasiyasında keçirilən beynəlxalq tədbirdə çıxış etmişdir

“Karabakh.Center” layihəsinin təqdimatı olub
Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir
Azərbaycanda yeni medal təsis edilib
Azərbaycan Universitetinin professoru Asif Hacıyev Rusiya Federasiyası Volqoqrad şəhərinin M.K.Aqaşina adına Mərkəzi kitabxanasının və Volqoqrad Dövlət Sosial Pedaqoji Universitetinin keçirdiyi “Stalinqrad döyüşü haqqında ədəbiyyat: resepsiya və tərcümə” mövzusunda Dəyirmi masada onlayn formatda iştirak etmişdir. Rusiya, Çin, Hindistan, Belarus, Bolqarıstan,  Özbəkistan, Qırğızıstan,  Serbiya, İrandan tanınmış alimlərin iştirakı ilə keçirilən tədbirdə professor Asif Hacıyev Azərbaycanın böyük töhfə verdiyi tarixi qələbə, o cümlədən minlərlə həmvətənimizin iştirak etdiyi, qəhrəmanlığa görə 1600 nəfər azərbaycanlının orden və medallarla təltif olunduğu Stalinqrad döyüşünün və onun iştirakçılarının müqəddəs xatirəsinin xalqımızın milli yaddaşında yaşadığını bildirib. Qeyd edib ki, İkinci Dünya müharibəsində, o cümlədən Stalinqrad döyüşündə qazandığımız ortaq qələbəmizlə bağlı Azərbaycanda Azərbaycan Veteranlar Şurası üzvlərinin, Stalinqrad döyüşü qəhrəmanlarının iştirakı ilə  müxtəlif yubiley tədbirləri keçirilir, veteranlara xüsusi qayğı göstərilir. 
Çıxışda Stalinqrad döyüşünün, ümumən müharibənin Azərbaycanda ədəbi resepsiyasının da kifayət qədər geniş və çoxcəhətli olduğu iştirakçıların diqqətinə çatdırılıb. Müharibə mövzusunun Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə, o cümlədən sayı beş yüzə çatan rusdilli məktəblərdə öyrənildiyini, dərslərdə və sinifdənkənar maarifçi tədbirlərdə tarixi yaddaşın uşaqlara aşılandığını bildirib. Eyni zamanda İkinci Dünya müharibəsinə, eləcə də Stalinqrad döyüşünə həsr olunmuş bədii əsərlər və tarixi hadisələr haqqında Azərbaycanın ali təhsil müəssisələrində, o cümlədən universitetlərin rus dili və ədəbiyyatı bölmələrində və digər humanitar ixtisaslar üzrə Azərbaycan və rus dillərində tədris aparılan bölmələrdə akademik və tələbə tədqiqatları aparıldığı dinləyicilərin diqqətinə çatdırılıb.
Professor Asif Hacıyev çıxışında müharibə mövzusunun Azərbaycan xalqı üçün xüsusilə aktual olduğunu, otuz il ərzində qonşu ölkə tərəfindən ərazi iddiaları ilə təcavüzə məruz qalmış və torpaqları işğal olunmuş Azərbaycan Respublikasının hazırda tarixi ərazilərini işğaldan azad etdiyini və Prezident İlham Əliyevin bəyan etdiyi kimi bütün ölkələrlə dostluq və əməkdaşlıq münasibəti qurmaq əzmində olduğunu vurğulamışdır.