AVCİYA növbəti seçki seminarları Lənkəran və ətraf rayonlarda keçirildi

Prezident İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib
Əmək müqaviləsi olanlar dövlətdən dəstək alacaqlar
Bu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar  növbəti  seminarları Cəlilabad, Masallı, Astara və Lənkəran rayonlarının seçki fəalları üçün  keçirib. Tədbirlərin keçirilməsində məqsəd regionlarda əhalinin seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsidir.

 

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı AVCİYA-nın fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra, Seçki Qərargahının Fəaliyyət Proqramı, seçki öncəsi ictimai-siyasi vəziyyət, seçkini müşahidə edəcək xarici qurumlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra Prezident seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə təlimlər keçirilib.

Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvü Elvin Bədəlli, AVCİYA Cəlilabad Regional ofisinin rəhbəri Cəlal Camalov, rayon koordinatorları və yerli KİV nümayəndələri iştirak ediblər.

AVCİYA Seçki Qərargahı növbəti seminarları Bakı, Sumqayıt, Abşeron rayonlarının  seçki fəalları üçün keçirəcək.

 

AVCİYA Mətbuat Xidməti