Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov Müzəffər Ordumuzun Vətən Müharibəsində möhtəşəm qələbəsi münasibətilə Ali Baş Komandanı və xalqımızı təbrik edib.
– Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etdikdən sonra işğal olunmuş ərazilərimizin azad olunması uğrunda apardığı mübarizə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə başa çatdı. Bu möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla 50 milyonluq Azərbaycan xalqını, bütün Azərbaycan sevənləri, bütün Türk Dünyasını ürəkdən təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyir, əldə etdiyimiz uğurların davamlı olmasını ürəkdən arzu edirik.
Bu böyük qələbədə Ali Baş Komandanın dediyi kimi xalqın yumruq kimi birliyi mühüm rol oynadı.
Sevinirik ki, bu böyük qələbənin qazanılmasında, vətəndaşlarda milli ruhun qorunub,saxlanması və inkişafında, ermənistanın təcavüzkar işğalçı siyasətinin dünyaya çatdırılmasında bizim də az da olsa əməyimiz var.
Assosiasiyamız Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edililməsi” adlı 2085 saylı qətnaməsinin (26 yanvar 2016-cı il) qəbul olunmasında, Sərsəng harayının dünyaya çatdırılmasında, 2016-cı ilin aprel-may aylarında 300 mindən çox imza ilə ABŞ Prezidentinə Petisiya ünvanlamasında, hərbi hissələrdə əsgərlər qarşısındakı çıxışlar, erməni vandalizmini ifşa edən nəşr etdiyimiz 50-dən artıq kitab, çoxlu sayda məqalələr, təşkil etdiyimiz beynəlxalq konfranslar, Avropa, Amerika siyasətçilərinin iştiraki ilə qaçqın və köçkünlərlə keçirilən görüşlər daim xalqımızda qələbəyə olan inamın möhkəmləndirilməsində rol oynamışdır.
Şanlı Ordumuzun cəbhədə göstərdiyi qəhrəmanlıqlar Azərbaycan Dövlətçiliyinin daha da gücləndirməsi sahəsində bütün vətəndaşlar kimi bizim də üzərimizə böyük məsuliyyət qoyur, mənfur düşmənə qarşı bundan sonra da daha fəal mübarizəyə ruhlandırır.
Bir daha böyük qələbə münasibətilə XXI əsrin xilaskar lideri, cənabAli Baş komdanı, müzəffər Azərbaycan Ordusunu, dünyanın ən vətənpərvər xalqarından biri olan Azərbaycan xalqını ürəkdən təbrik edir, gələcək xoşbəxt günlərimiz üçün cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq.
Dərin hörmətlə,
AVCİYA Prezidenti Elxan Süleymanov