AVCİYA rəhbərliyi ATƏT /DTİHB nümayəndələri ilə görüşdü

“Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri” adlı elmi-praktik konfrans keçirilib
ABŞ rəsmiləri AVCİYA – nın Şirvan ofisində olublar
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların dünyaya çatdırılması istiqamətində geniş miqyaslı layihəyə başlanıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndə heyəti bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Prezident seçkilərini müşahidə missiyasının üzvləri ilə ATƏT/DTİHB Bakı ofisində görüş keçiriblər. Görüşdə AVCİYA-nın vitse prezidenti Vəli Əlbəyov, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı, ATƏT /DTİHB müşahidə missiyasının üzvü Pavel Cabacenko və digər rəsmi şəxslər iştirak etmişlər. AVCİYA rəhbərliyi assosiasiyanın 2004 – cü ildən bəri Azərbaycan Respublikasında keçirilən seçkilərin monitoriniqi ilə bağlı gördüyü işlər, bu il keçiriləcək Prezident seçkiləri ilə bağlı assosiasiyanın fəaliyyəti, assosiasiyanın regional ofislərinin gördüyü  işlər, seçki ilə əlaqədar AVCİYA – nın KİV – lərin fəaliyyəti ilə əlaqədar apardığı monitorinqin nəticələri, nəşr olunan kitab və bülletenlər, regionlarda müşahidəçilər üçün keçirilən treninqlər və s. barədə məlumat vermişlər. Pavel Cabacenko isə ATƏT /DTİHB müşahidəçilərinin Prezident seçkiləri ilə bağlı görəcəyi işlər barədə görüş iştirakçılarını məlumatlandırıb. Görüşdə həmçinin seçkiqabağı mühit, namizədlərin imza toplama kompaniyası, hər iki qurumun hazırladığı hesabatlar və s. barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda hər iki qurum arasında tərcübə mübadiləsinin davam etdirilməsiilə bağlı razılıq əldə olunub.

/ Bakumedia.az /