AVCİYA Referendumla bağlı geniş fəaliyyət proqramını həyata keçirir

AVCİYA və ELS bələdiyyə seçkilərinin baş tutduğunu açıqlayıb
AVCİYA seçkilərlə bağlı reqionlarda tədbirlərə başladı
AŞPA məruzəçisi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvləri ilə görüşüb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 18 mart 2009 – cu il tarixidə keçiriləcək refendumla bağlı geniş fəaliyyət proqramını mərhələlər üzrə həyata keçirir. Bununla bağlı AVCİYA Seçki Qərargahı referenduma hazırlıq mərhələsini, referendum gününü və referendumdan sonrakı proseslərin monitorinqini həyata keçirmək üçün yanvar ayının 10 – dan intensiv fəaliyyətə başlayıb. Monitorinq prosesində 15 qəzet («Azərbaycan», «Yeni Azərbaycan», «Səs», «Yeni Müsavat», «Azadlıq», «Bizim yol» , «Exo», «Zerkalo», «Ekspress», «525-ci qəzet», «Üç nöqtə», «Həftə içi», «Xalq cəbhəsi»,«Ədalət», «Şərq») və 4 telekanalın (İTV, Az.TV, ANS, «Lider») fəaliyyətinin də müşahidəsi həyata keçirilir.

AVCİYA Seçki Qərargahı Referendum ərəfəsi ilkin mərhələnin mart ayının 10 – na qədərki dövrünün müşahidəsini başa çatdırdıqdan sonra Aralıq Hesabat hazırlayacaq. Referendumun səhəri günü nəticələrlərlə bağlı İlkin Rəy, daha sonra isə Yekun Rəy ictimaiyyətin diqqətinə çatdırılacaq.

AVCİYA Seçki Qərargahı iş planına uyğun olaraq Referendumla bağlı əhalinin maarifləndirilməsi üçün kitab və buklet hazırlayaraq nəşriyyata təqdim edib. MSK – nın təlimatına uyğun olaraq fevralın 18 – dən sonra regionlarda maarifçilik işləri başlanılacaq. Bundan əlavə AVCİYA Referendum günü ELS təşkilatı ilə birlikdə “exit – poll”un da təşkilini planlaşdırır.

AVCİYA Seçki Qərargahı bu həftənin axırı müşahidəçilərin sənədlərini MSK – ya təqdim etdikdən sonra plana uyğun olaraq digər işləri mərhələlərlə davam etdirəcək. Seçki Qərargahı Referendumdan sonra kitab nəşrini də planlaşdırır.

AVCİYA Seçki Qərargahı