AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir

AVCİYA və «ELS» – in birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri
Sərsəng su anbarına dair qətnamə təklifi məruzə üçün Avropa Şurasının Sosial Məsələlər Komitəsinə yönləndirilib
AVCİYA Sumqayıt Universitetində seminar keçirdi

Müşahidəçilər üçün zəruri qeydlər
(Əvvəli ötən buraxılışlarımızda)

III. VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA AİD OLAN HALLAR

Aşağıdakı hallar vətandaşların seçki hüquqlarının pozulması hesab olunur:
• zor tədbiqi, aldatma, hədə ilə vətandaşın seçmək və seçilmək hüquna mane olmaq;
• seçilmək məqsədi ilə özünün vəzifə və ya xidməti mövqeyindən imtiyaz kimi istifadə etmək;
• namizədin lehinə imza atmağa vətandaşları məcbur etmək, namizədin müdafiəsi üçün imza yığılmasına mane olmaq və ya bu imzaların saxtalaşdırılmasında iştirak etmək;
• seçiçiləri ələ almaq, yəni Seçki Məcəllənin 88.6 maddəsi ilə qadağan olunmuş hərəkətləri etmək;
• qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməmək və dəqiqləşdirməmək;
• namizədlər barəsində bilərəkdən yalan məlumatlar yaymaq və ya namizədin şərəf və ləyaqətini təhqir edən digər hərəkətlər etmək (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasinda təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);
• seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya nümayəndələrinin hüquqlarını pozmaq, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqları pozmaq;
• seçkiqabağı təşviqatın aparılması qaydalarını pozmaq, o cümlədən səsvermə gününə bir gün qalmış və ya səsvermə günü təşviqat aparmaq;
• Seçki Məcəlləsinin müəyyən etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya və digər reklamları hazırlamaq və yaymaq, yaxud xeyriyyə xidmətləri göstərmək;
• seçki kampaniyasının maliyyəşdirilməsinin Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydalarını pozmaq;
• seçki bulletenlərinin qalıqlarını gizlətmək və ya seçki komissiyasının qeydə almadığı bulletenlərin, səsvərmə vəsiqələrinin əlavə tirajını hazırlamaq;
• seçki komissiyasının işinə mane olmaq və ya seçki komissiyası üzvlərinin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə qeyri-qanuni müdaxilə etmək;
• seçki məntəqələrində səsverməyə mane olmaq;
• səsvermənin gizliliyini pozmaq;
• seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur etmək;
• seçki sənədlərini saxtalaşdırmaq, saxta sənədlər tərtib və təqdim etmək (seçki qutularına bir şəxs tərəfindən birdən cox bülleten salmaq halları daxil olmaqla), səsləri bilərəkdən düzgün hesablamamaq və ya seçkinin yekunlarını bilərəkdən təqdim və dərc etməmək;
• vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozmaq;
• vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədilə seçki bülletenləri vermək, vətəndaşa doldurulmuş seçki bülleteni və ya birdən artıq seçki bülleteni alınmasına imkan yaratmaq;
• seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarını təqdim və dərc etməmək;
• Seçki Məcəlləsində nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməmək;
• seçki komissiyalarının Seçki Məcəlləsinin pozulması ilə bağlı verdiyi məlumatları yoxlamamaq.

Son