AVCİYA seçkilərlə bağlı Gəncə və Mingəçevirdə seminar keçirdi

Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı hesabat beynəlxalq təşkilatlara göndərilib
Vətəndaşlar işğaldan azad olunmuş ərazilərə səfər edə biləcəklər
Hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə Qaydası təsdiqlənib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Milli Məclisə növbədənkənar seçkiləri ilə əlaqədar növbəti seminarları Gəncə və Mingəçevirdə keçirib. Tədbirlərin keçrilməsində məqsəd seçki öncəsi regionlarda müşahidəçilərin maarifləndirilməsi və əhalinin seçki fəallığının artırılmasına dəstək verməkdən ibarətdir.

Hər iki seminarda tədbir iştirakçılarına parlament seçkilərinə aid beynəlxalq təcrübə, 1995-ci ildən başlayaraq ölkəmizdə keçirilən parlament seçkiləri, seçkilər ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, seçki administratsiyasının fəaliyyəti, seçki şikayətləri və s. haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirlərdə AVCİYA Seçki qərargahının rəhbəri, t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlı geniş məruzə ilə çıxış edərək Milli Məclisə bu il növbədənkənar seçkilərin keçirilməsini zərururi edən səbəblər, assosiasiyanın ölkədə keçirilmiş parlament seçkiləri ilə bağlı gördüyü işlər barədə məlumat verib. Daha sonra o, müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb. Bundan əlavə məruzəçi seminar iştirakçılarına AVCİYA-nın bu günlərdə seçkilərlə bağlı nəşr etdiyi 2 kitab haqqında, seçki öncəsi ictimaiyyətə təqdim olunacaq Aralıq Hesabat barədə də ətraflı məlumat verib.

Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, deputatlığa namizədlərin təblığat kampaniyası ilə bağlı fikir mübadiləsi aparılmışdır.

AVCİYA Seçki Qərargahı