AVCİYA təmsilçisi Türkiyədə Qarabağ zəfərinə həsr olunmuş konfransda iştirak edib

Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb
e-sosial.az portalına bu ilin əvvəlindən 4 milyondan çox müraciət qeydə alınıb
Fransanın səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə Ankara Universitetində “ Ermənistanın müharibə cinayətləri və Azərbaycanın Qarabağ zəfəri” mövzusunda elmi konfrans keçirilib.

Konfransda Ankara Universitetin rektoru Necdet Unuvar, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfiri Xəzər İbrahim, Milli Müdafiə Universitetinin professoru,Dr. İbrahim Ethem Atnur,  Qəhrəmanmaraş Sütçü İmam Universitetinin professoru, Dr. Toğrul İsmayıl, Ankara universitetinin Dr. Mehmet Rza Heyət məruzələrlə çıxış etmişlər

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  (AVCİYA) I vitse prezidenti, t.ü.e.d., ATMU-nun professoru  Məhərrəm Zülfüqarlı konfransda geniş məruzə ilə çıxış edib. O, tarixən erməni quldurlarının Azərbaycanlılara qarşı törətdikləri cinayətlər, dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, Qarabağ müharibəsində qadağan olunmuş silahlardan istifadə etmələrinə aid faktlarla konfrans iştirakçılarını tanış edib. Daha sonra məruzəçi qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtıəşəm qələbə barədə konfrans iştirakçılarını məlumatlandırıb. O, bu möhtəşəm qələbənin qazanılmasında Azərbaycana verdiyi mənəvi və texniki dəstəyə görə prezident Rəcəb Tarix Ərdoğan başda olmaqla bütün qardaş Türkiyə xalqına dərin təşəkkürünü bildirib. Məruzəçi bu qələbədə “bir millət iki dövlət”ideyasının, iki qardaş ölkə prezidentlərinin səmim  döstluğunun, qətiyyətili siyasi iradələrinin mühüm rol oynadığını xüsusi vurğulayıb.

Məruzədə həmçinin AVCİYA Prezidenti, sabiq millət vəkili Elxan Süleymanovun hazırladığı Sərsəng su anbarı ilə bağlı “Sivil insanların qəsdən sudan məhrum etmə”adlı sənəd əsasımda AŞPA-nın qəbul etdiyi 8035 saylı qətnamə haqqında da geniş məlumat verilib. Bundan başqa AVCİYA-nin 2016-cı ilin aprel-may aylarında ABŞ Prezidenti Obamaya ünvanlandığı Petisiya, bunun  üçün toplanmış 300 mindən artıq imza, bu işdə qardaş Türkiyə vətəndaşlarını verdikləri dəstək haqqında da konfrans iştirakşıları məlumatlandırılıb.

M.P.Zülfüqarlı yaxın günlərdə prezident Rəcəb Tarix Ərdoğan başda olmaqla Türkiyə Cümhuriyyəti nümayəndə heyətinin Azərbaycanın Mədəniyyət paytaxtı Şuşaya gözlənilən səfərinin Qarabağ zəfərinə yeni bir uğuru, Azərbaycan-Türkiyə qardaşlığına yeni bir töhvə olacaqını bildirib..

Konfransın sonunda məruzə ətrafında çıxışlar olmuş, iştirakçıların sualları cavablandırılıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  (AVCİYA)  Mətbuat Xidməti