Avronest PA-nın Büro iclasında Elxan Süleymanovun Bəyanatı 2 noyabr, Kiyev

Yevlaxda “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilib
Ermənistanın işğal etdiyi Qarabağdan xaricə daşıdığı dəyərli tarix və mədəniyyət nümunələrinin qaytarılma problemi…
Azərbaycan Prezidenti Tovuz rayonunun atəşə tutulması nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalayıb

 

Avronest PA-nın Büro iclasında Elxan Süleymanovun Bəyanatı

2 noyabr, Kiyev

Hörmətli həmsədrlər, hörmətli həmkarlar,

Bu gün qarşınızda sizlər və Avropa Parlamenti institutu üçün çətin, lakin əhəmiyyətli mesaj ilə çıxış edirəm. Biz həssas vəziyyətə düşmüşük və təəssüf ki, dostluğun, etimadın və əməkdaşlığın məkanı hesab etdiyimiz təşkilatda Azərbaycana qarşı edilən görünməmiş hücumlar silsiləsinə reaksiya vermək məcburiyyətində qalırıq.

ATƏT/DTİHB müşahidə missiyası istisna olmaqla, Avropa Parlamenti, AŞPA, ATƏT PA və digər  müşahidə missiyaları seçkiləri azad, şəffaf, ədalətli, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmiş kimi  qiymətləndirmişlər. ATƏT-in fəaliyyətdə olan Sədri bu qurumların qiymətləndirməsini dəstəkləmişdir.

Təəssüf ki, Avropa Parlamenti Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli Qətnaməsinin 32-ci bəndində öz müşahidə misiyasının seçkilərlə bağlı müsbət qiymətləndirməsinə    hörmətsizlik və inamsızlıq nümayiş etdirib, ATƏT-in bir Bürosunun (ATƏT DTHİB) nəticələrinə istinad edərək seçkilərin ATƏT standartlarına cavab verməməsi kimi qiymətləndirmişdir. Sual doğur, Avropa Parlamentinin faktiki mövqeyi nədir? Azərbaycan ilə əməkdaşlıq etmək, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istəyirmi? Öz hesabatlarını və nümayəndə heyətlərini tanıyırmı?! Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların təcrübəsində heç vaxt olmayan, öz rəsmi müşahidə missiyasına saymazyana yanaşmaqla tərəfdaşına qarşı belə anormal vəziyyəti yaratmaqda məqsədi nədir?

Qeyd etmək istərdim ki, hələ seçkilərin keçirilməsindən əvvəl seçkilərlə bağlı problemlərin olacağını bildirərək Avropa Parlamentində Azərbaycan əleyhinə kampaniyalar təşkil edən bir qrup Avropa Parlamenti deputatları – Leonidas Donskis (ALDE, Litva), Ulrike Lunacek (Yaşıllar, Avstriya), Ana Qomes (SD, Portuqaliya) və Gerben Yan Gerbrandinin  həmlələri kimi əsassız hücumları qəbul edə bilmərik. Avropa Parlamenti üçün mesajimiz budur, başqalarına hücum etməyə başlamazdan əvvəl öz evinizin vəziyyətini yaxşılasdırın. Biz Avropa Parlamentinin beynəlxalq institut kimi hazırkı düşdüyü vəziyyəti qınayırıq.

Azərbaycan AvroNest PA-nın rəhbərliyinə dəfələrlə müraciət edərək sülhə nail olunana qədər Ermənistanın həmsədrliyinə etirazını bəyan etmiş, əks təqdirdə AvroNest PA-da ŞT komponenti kimi Ermənistanın həmsədrliyi dövründə fəaliyyətini dayandıracağını bildirmişdir.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq bəyan edirəm:
1. Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 32-ci  bəndini qətiyyətlə rədd edir və bu bəndin  səbəbləri ilə bağlı araşdırmalar aparılıb  müvafiq tədbirlər görülməyənə qədər Azərbaycan tərəfi AVRONEST PA ilə əməkdaşlığı hansı formatda davam etdirəcəyi barədə düşünmək məcburiyyətində qalır

2. Azərbaycan torpaqları işğaldan azad edilməyənədək işğalçı dövlət olan Ermənistanın AVRONEST PA-da ŞT komponenti tərəfindən həmsədrliyi dövründə bu qurumda fəaliyyətini dayandıracaq.

Diqqətinizə görə minnətdaram və Avropa Parlamenti Qətnaməsinin 32-ci bəndinə etiraz əlaməti olaraq Büro iclasını tərk edirəm.