Avropa Komissiyasının prezidenti və Aİ-nin ali nümayəndəsi Ukraynaya səfər edəcək

Ermənilərin insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən kitab
Nəsimi – 7 böyük ozandan biri
Bakıda prezident seçkilərində KİV-lərin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Ukraynaya səfər edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbədən bildirilib.

J.Borelin səfəri bu həftə baş tutacaq.

Avropa Komissiyasının prezidenti isə Ukraynaya qarşıdakı günlərdə səfər edəcək.

Avropa liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.