Avstraliyada rekord istilər meşə yanğınlarına səbəb olub

Mayın 31-dən Metropolitenin və regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək
Hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında Prezidentin Sərəncamı
Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində ilk dəfə sağlamlıq imkanları məhdud gənclərin əl işləri nümayiş olunur

Avstraliyanın qərbində qeydə alınan rekord istilər meşə yanğınlarına səbəb olub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, şiddətli külək və 40 dərəcədən yuxarı olan rekord temperatur Avstraliyada meşə yanğınlarını təhlükəli vəziyyətə çatdırıb.

Yanğın nəticəsində 60 min hektar əraziyə ziyan dəyib, evlər dağılıb.

Avstraliyanın Dövlət Yanğınsöndürmə İdarəsinin rəisi bildirib ki, iqlim dəyişikliyi nəticəsində meşə yanğınlarının daha intensiv olacağı gözlənilir.

AZƏRTAC