Azərbaycan Bosniya və Herseqovina ilə itkin düşmüş şəxslərlə bağlı memorandum imzalayıb

Vətən müharibəsinin xronikası: müharibənin 18-ci günü
Ölkədə informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün yeni qaydalar təsdiq edilib
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin üzvü seçilib

Əsir və itkin düşmüş, girov götürülmuş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, sənəddə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlıq nəzərdə tutulub.

Qeyd olunub ki, memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı sənədin layihəsi müzakirə edilib və razılaşdırılıb.

Report