“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşrə göndərilib

2022-ci ildə kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq
Azərbaycanda prezident seçkilərini izləyəcək MDB müşahidə missiyasının rəhbəri təyin edildi
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşrə göndərilib.

Bu barədə “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, lüğət çap olunması üçün nəşriyyata təqdim edilib: “Bütün sözlər hərfbəhərf yoxlanılıb. Eyni zamanda Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarında yer alan bütün sözlər də lüğətdə qeyd olunub. Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunandan sonra ictimaiyyətə təqdim ediləcək”.

Qeyd edək ki, bundan əvvəlki orfoqrafiya lüğətində olmayan, təxminən, 4000 yeni söz Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib.

Xatırladaq ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, təqribən, 5 ildən bir hazırlanır.

report.az