“Azərbaycan gəncliyinin problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

Prezident İlham Əliyev metronun “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib
Arzu Əliyeva Heydər Əliyev Mərkəzinin parkındakı Uşaq festivalında olub

Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) birlikdə Azərbaycan Gənclər Gününə həsr edilmiş “Azərbaycan gəncliyinin problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, tədbirdə AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, “ELS”-in rəhbəri İradə Yaqubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Ədilov və QHT nümayəndələri iştirak edib.

Dəyirmi masada “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2014-cü ilin yanvar ayında Bakı və Sumqayıt şəhərlərinin 9-11 sinif şagirdlərinin (312 şagird) peşə seçimləri ilə bağlı apardığı rəy sorğusunun nəticəsini açıqlayıb. Sorğu “ELS”-in könüllüləri tərəfindən keçirilib. Sorğunun məqsədi gənc nəslin bugünkü problemləri, əmək və məşğulluqları, peşə seçimində mövcud problemlərinin səbəblərinin araşdırılması olub.

İ. Yaqubova bildirib ki, Bakı və Sumqayıt şəhərlərinin yuxarı sinif şagirdlərinin ilk peşə-ixtisas (İPİ) təhsilinə və burada əldə edə biləcəkləri imkanlara dair məlumatları çox azdır: “Nəticədə hər hansı bir məzun öz yerini ilk növbədə yalnız ali məktəbdə görür, halbuki, çox vaxt onların daxil olduqları ixtisaslar heç də arzuladıqları deyil və ya onlar tələb olunan bacarıqlara malik deyillər. Sorğu nəticəsində peşə məktəblərinin və ilk peşə-ixtisas təhsilli peşələrin təbliğatının zəif qurulması, orta məktəb şagirdlərinin peşə məktəblərinə dair məlumatlılığının aşağı səviyyədə olması, orta məktəb şagirdlərinin peşə seçimi ilə bağlı savadlarının səviyyəsindən asılı olmayaraq ilk növbədə  ali təhsilə üstünlük vermələri və ilk peşə-ixtisas təhsilli məktəblərinin sayının kifayət qədər olmaması kimi problemlər aşkar edilib”.