Azərbaycan Prezidenti İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib
İsveçin xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb
“Bütün həyatım boyu dünya ilə dalaşıram”- 80 yaşını tamamlayan Elxan Süleymanovla yubiley söhbəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulandı.

Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olundu.