Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü səkkiz gündür Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin xarici işlər nazirinin Münxendə görüşü olub
Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında böyük fərqi bir daha görəcək”
AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna jurnalında Prezident İlham Əliyevin uğurlu xarici siyasətindən yazıb

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını artıq səkkiz gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün də ərazidə qurulan çadırlarda gecələyiblər.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

AZƏRTAC