Azərbaycan Universitetinin professorunun Rusiyada iki dərs vəsaiti dərc edilib

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasının Təhsil Naziri Emin Eldar oğlu Əmrullayevə MÜRACİƏTİ
AVCİYA-nın debatlar silsiləsi başa çatdı

Rusiya Federasiyasında Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Rusiya ali təhsil müssisələrinin tələbələri üçün iki dərs vəsaiti dərc olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, “Ədəbiyyatşünaslığın tarixi və metodologiyası” adlı tədris-metodik vəsaitdə ədəbiyyatşünaslıq fəaliyyətinin xüsusiyyətləri, klassik estetika və ədəbi fikrinin əsas inkişaf mərhələləri, XIX-XX əsrlər ümumavropa ədəbiyyatşünaslıq məktəbləri, ədəbiyyatşünaslığın filoloji ixtisaslarda tədrisinin metodikası və səciyyəsi haqqında məlumat verilir. Vəsaitdə həmçinin ədəbiyyatşünaslıq fənlərinin tədrisi üçün elmi-metodik baza yaradan bu kursun mühazirə və praktik dərslərinin planları və mövzuları əlavə olunmuşdur.

İkinci kitab ədəbi prosesin yeni hadisəsinə, şəbəkə ədəbiyyatına həsr olunub. “Rus şəbəkə ədəbiyyatı: kontekst, tarix, tipologiya, poetika” adlı dərs vəsaitində müasir tarixi-ədəbi kontekstin, əsrlərin qovşağında rus ədəbi prosesindəki ədəbi cərəyanların, rus şəbəkə ədəbiyyatının əsas inkişaf mərhələlərinin, yaradıcılıq xüsusiyyətlərinin və sosial-hüquqi aspektlərinin öyrənilməsini nəzərdə tutan xüsusi kursun məzmunu əks olunub. Vəsaitə rus şəbəkə ədəbiyyatının nümunələri, hər bir fəslə aid biblioqrafiya, qeydlər və özünənəzarət üçün suallar, Rusiyanın internet-resurslarının və şəbəkələr üzrə terminlər lüğətlərinin siyahıları əlavə edilib. Rusiya ali təhsil təcrübəsində ilk dəfə olaraq vəsaitə müasir rus ədəbiyyatının Azərbaycan konteksti, eləcə də müasir mədəni-tarixi mühitdə rusdillilik və ikidillilik, rus nəsrində başqa xalqların, ilk növbədə türklərin ədəbi üslubu haqqında bölmələr daxil edilib.

Nəşriyyatın annotasiyasında qeyd edilir ki, hər iki kitab Ali təhsilin Federal dövlət təhsil standartlarının tələblərinə uyğun yazılıb və “Filologiya”, “Rus dili və ədəbiyyatı”, “Jurnalistika” ixtisasları üzrə təhsil alan rusiyalı tələbələr üçün nəzərdə tutulub. Dərs vəsaitləri Rusiyanın ali təhsil müəssisələri üçün tədris resurslarının nəşri üzrə ixtisaslaşmış “Ali təhsil” (Saratov, “Вузовское образование») nəşriyyatının təşəbbüsü və vəsaiti hesabına dərc edilib.