Azərbaycanda 1400 bələdiyyə birləşdirilir

Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub
Hikmət Hacıyev: “Vətəndaşları ailə şənlikləri keçirməkdən çəkinməyə çağırırıq”

Azərbaycanda 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2024-cü il 5 aprel tarixli Qanununa əsasən ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi variyyat, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Eyni zamanda, birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir. Bu Qanunun tələblərinə əsasən, bələdiyyələrin birləşmə ilə bağlı Milli Məclisə təqdim etdikləri rəylərə baxılmış və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.

Qeyd olunan qanun layihələri bələdiyyələrdə idarəetmənin effektivliyin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, regionların balanslı inkişafının təmin edilməsinə, habelə bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına hədəflənib.

AZƏRTAC