Azərbaycanda 5 000-dən çox taksi sürücüsü daşımalardan kənarlaşdırılıb

Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir
Bakıda təhsil işçilərinin respublika konfransı başlayıb
Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar

Azərbaycanda qaydalara riayət etməyən 5 000-dən çox taksi sürücüsü daşımalardan kənarlaşdırılıb.

“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir və neqativ halların qarşısını almaq üçün preventiv tədbirlər görülür.

“Sərnişinlər taksi sahəsində qarşılaşdıqları problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər”, – deyə qurumdan bildirilib.

Report.az