Azərbaycanda COVID-19-un “omikron” ştamı aşkarlanıb

AZƏRTAC

FANA-nın sədri və OANA-nın prezidenti media qurumlarının əlaqələrini gücləndirmək yollarını müzakirə ediblər
“Ailə institutunun möhkəmləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlanıb
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “omikron” variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “omikron” variantı aşkarlanıb.
“Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırır.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur”, – deyə birgə məlumatda qeyd olunub.

AZƏRTAC