Azərbaycanda “evdeqal.az” portalı istifadəyə verilib

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edib

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “www.evdeqal.az” saytı istifadəyə verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, saytın yaradılmasında əsas məqsəd insanların özünün və ətrafdakıların sağlamlığını qoruması üçün ehtiyac olmadıqda evdən çıxmamasının vacibliyi istiqamətində maarifləndirilməsi, əhalinin gündəlik tələbatlarını qarşılaya bilməsi üçün rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsidir.

Məlum olduğu kimi, koronavirusla bağlı sosial izolyasiya tədbirləri fonunda insanların distant təhsilə, e-səhiyyəyə, onlayn mağazalara və kinoteatrlara, mal və xidmətlərin onlayn sifarişinə olan tələbatı dəfələrlə artıb. Məhz bu nəzərə alınaraq “evdeqal.az” saytında istifadəçilərə “təhsil”, “çatdırılma”, “tibb”, “qida” və “əyləncə” kateqoriyaları üzrə onlayn xidmətlər, eləcə də koronavirus şəraitində mövcud çağırış və imkanlar haqqında dolğun məlumatlar bir arada təqdim olunur.Saytda, həmçinin, evdə qalaraq rəqəmsal biznes qurma yolları, bu biznesin onlayn idarə üsulları kimi insanların şəxsi inkişafına yönəlmiş onlayn öyrənmə imkanları diqqətə çatdırılır.

trend.az