Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələr məlum olub

Report

“Bəzi dövlətlər “erməni soyqırım”ı ilə bağlı canfəşanlıq göstərir”
Prezident İlham Əliyev dünyaşöhrətli alim Əziz Səncəri qəbul edib
Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələrin adları məlum olub.
Bu barədə “Report”a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verib.
Onun sözlərinə görə, komissiyalar Azərbaycanın 15 rayon və şəhərindəki bələdiyyələrdə yaradılıb.
Belə ki, Gender Komissiyaları Bakı şəhərində Xətai, Nəsimi, Səbail, Yasamal, M.Ə.Rəsulzadə, Lökbatan və Bakıxanov bələdiyyələrini əhatə edib.
Həmçinin paytaxtdan kənarda Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan, Ağcabədi, Ağdaş, Tərtər və Bərdə bələdiyyələrində Gender komissiyaları yaradılıb.
Qeyd edək ki, bələdiyyələrdə Gender Komissiyaları Azərbaycanda gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması məqsədilə yaradılıb. Gender Komissiyaları risk qrupuna aid olan ailələrlə iş aparır, mövcud stereotiplərlə mübarizə istiqamətində maarifləndirmə tədbirləri təşkil edir.

Report