Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı

Əli Əsədov: “2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümlüdür”
Avropa İttifaqında 2021-ci ildən plastik qabların istifadəsinə məhdudiyyət qoyulacaq
Vətən müharibəsində şəhid olan təcili yardım sürücüsünün xatirə lövhəsinin açılışı olub

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini sərəncama uyğunlaşdırsın; dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin, o cümlədən maaşları Vahid Tarif Cədvəli ilə təmzimlənən işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının artırılması barədə təkliflərini hazırlayaraq üç ay müddətinə Azərbaycan Prezidentinə təqdim etsin; Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilir.

Qeyd edək ki, 2017-ci il üçün minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyənləşmişdi.

Bakı. Trend: