Azərbaycanda son sutkada koronavirus əleyhinə 1266 vaksin vurulub

Ombudsman ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb
İşğaldan azad edilən ərazilərdə meşələrin bərpasına başlanılıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1266 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 103 091 təşkil edir.

APA