Azərbaycanda təhsil tələbə kreditləri (TTK) veriləcək

Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib
Prezidentin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildi
Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edib

“Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil tələbə kreditləri (TTK) almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddi müəyyənləşib”.

“Report” xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, həmin hədd Təhsil Tələbə Fondunun himayəçilik şurası tərəfindən qərarlaşdırılıb: “Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər”.

Nazir müavini bildirib ki, standart kreditlər illik təhsil haqqının 20 %-ni ödəyən tələbələrə veriləcək.

Report