az
en
ru
SEARCH
AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
MENU
MENU
ANA SƏHİFƏ
HAQQIMIZDA
MƏQSƏDLƏRİMİZ
ƏMƏKDAŞLARIMIZ
AZƏRBAYCAN
ƏRAZİ
ƏHALİ
TARİX
XƏRİTƏ
DÖVLƏT RƏMZLƏRİ
KONSTİTUSİYA
SİYASƏT
İQTİSADİYYAT
MƏDƏNİYYƏT
BAYRAMLAR
TURİZM
CƏMİYYƏT
QANUNVERİCİLİK
ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
SƏNƏDLƏR
XƏBƏRLƏR
SƏRSƏNG SU ANBARI
Məktublar
Video
KİTABXANA
LAYİHƏLƏR
Home
Azərbaycan
Azərbaycanda uşaqlar arasında “influenza” virusu yayılıb
Report
Millət vəkili Müslüm Məmmədov seçiciləri ilə görüşüb
Prezidentin qazilər və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamı
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
“Son günlər uşaqlar arasında yayılan virus adi qrip – “influenza” virusunun A və ya B ştamıdır”.
Bunu “Report”a açıqlamasında həkim-pediatr Vəfa Hüseynova deyib.
Onun sözlərinə görə, bəziləri bunu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsa da, “influenza”nın A və ya B ştamları tibb elminə neçə illərdir məlumdur və hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.
Həkim qeyd edib ki, bu, koronavirus deyil, bilinən qrip virusudur: “Valideynlərə tövsiyə edərdim ki, uşaqlar yoluxduğu halda gecikdirmədən həkimə müraciət etsinlər. İlk asqırmada, öskürək, göz sulanması və hər hansı narahatlıq olan kimi həkimə müraciət edilməlidir. Çünki bəzən valideynlər uşaqlarını türkə-çarə üsulu ilə müalicə edib vaxt itirirlər. Bu isə gecikdirilmiş mərhələdə müalicə müddətinin uzanması deməkdir. Əgər erkən mərhələdə həkimə müraciət edilsə, onda həm test vaxtında götürülə, həm də lazımi müayinə-müalicə üsulu həyata keçirilər”.
V.Hüseynova bildirib ki, gecikmiş mərhələdə testin cavabında virusa yoluxma halı müşahidə olunmur: “Çünki virus yuxarı tənəffüs yollarından aşağı düşəndən sonra pozitiv cavab almaq mümkünsüz olur. Ona görə də erkən mərhələdə həkimə müraciət etmək tövsiyə olunur”.
Həkim-pediatr uşaqların həddindən artıq qapalı mühitdə saxlanılmasının tərəfdarı olmadığını söyləyib: “Pandemiya dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qalıblar. Sonradan ictimai obyektlərin, məktəb və bağçaların açılması virusa yolxumaların artmasına zəmin yaratdı. Hazırda uşaqların immuniteti çox zəifdir. Açıq havada az vaxt keçirdiklərindən və vitamin az qəbul etdiklərindən valideynlər payız-qış mövsümündə daha diqqətli olmalıdırlar”
Report
Newer Post
Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib
Older Post
Prezidentin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı
© 2017 AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
1905.az STUDIO
Type something and Enter