Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində ilk dəfə sağlamlıq imkanları məhdud gənclərin əl işləri nümayiş olunur

Türkiyənin Milli Müdafiə Naziri Ermənistan rəhbərliyinə müraciət edib
Dövlət Miqrasiya Xidməti xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar əcnəbilərə müraciət edib
Azərbaycana kəskin soyuqlar gəlir

Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AITF 2018”) sərgisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclərin hazırladığı əl işləri də nümayiş olunur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Iteca Caspian” və tərəfdaşı – “ITE Group” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, budəfəki sərgidə 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclərin tətbiqi sənət növləri, o cümlədən rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə və s. növlərdə hazırladıqları əl işlərinə də yer ayrılıb.

Sərgidə sağlamlıq imkanları məhdud 45 gəncin 62 mövzuda 110 əl işi nümayiş olunur. Həmin tətbiqi sənət nümunələrindən bir çoxunun müəllifləri sərgidə iştirak edir. Təqdim olunan əl işlərində ölkəmizin əsrarəngiz təbiəti, xalqımızın nəcib adət-ənənələri, milli mənəvi dəyər, habelə əl işlərinin müəllifləri olan sağlamlıq imkanları məhdud gənclərin həyata nikbin baxışları və s. öz əksini tapır.