Azərbaycan komandası Türkiyədə 10-cu “TEKNOFEST” festivalının qalibləri sırasında yer alıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb
Bakının Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb
“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı Ali Neft Məktəbinin (BANM) komandası oktyabrın 2-də Türkiyənin Adana şəhərində start götürən 10-cu Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST-2024” festivalının qalibləri sırasında olub.

Komandanın üzvü, BANM-in V kurs tələbəsi Sahib Hümbətzadə AZƏRTAC-a bildirib ki, “TEKNOFEST-2024” çərçivəsində müsabiqənin əsas hissəsi bu ilin sentyabrında Antalyada baş tutub və final yarışının nəticələrinə əsasən, komanda festivalın Azərbaycandan qalibi kimi tanınıb.

“Komandamız kibertəhlükəsizlik kateqoriyasında yarışıb, verilən tapşırıqları digər iştirakçılardan əvvəl həll edib. Ümid edirik ki, uğurlarımızı gələcək “HackMactors” müsabiqələrində də davam etdirəcəyik”, – deyən tələbə Bakı Ali Neft Məktəbinin dəfələrlə bu festivallarda iştirak etdiyini xatırladıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada “TEKNOFEST–2024” festivalı qaliblərinin mükafatlandırılması mərasimində iştirak edəcək.

Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST-2024” festivalı Türkiyə Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə Türkiyə Texnologiya Komandası Vəqfi (T3) tərəfindən keçirilir.

2022-ci ilin may ayında Azərbaycan qardaş Türkiyə ilə dostluq və strateji müttəfiqliyə sadiqliyini bir daha nümayiş etdirərək “TEKNOFEST” festivalına ev sahibliyi edən ilk xarici ölkə olub.

AZƏRTAC