Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfərə gəlib

Türkiyədə nəşr olunan “Təmrin” dərgisinin yeni nömrəsi tanınmış jurnalist Şirməmməd Hüseynova həsr edilib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Ombudsman Metsamor AES-in bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.