Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib

ATƏT MQ-in həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları fəallaşdırmağa çağırıb
Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün bu seçki məntəqəsinə gəldilər.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər.

Qeyd edək ki, Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində 574 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 20 namizəd mübarizə aparır.