Azərbaycan və Aİ arasında Tərəfdaşlıq Prioritetləri üzrə danışıqların bərpa edilməsi barədə razılıq var

Əsəd Təhləli ilə Gürcüstan azərbaycanlılarının etnik mədəniyyəti və məişəti (tarixi-etnoqrafik aspektlər) barədə söhbət- II Hissə
Əsəd Təhləli ilə Gürcüstan azərbaycanlılarının etnik mədəniyyəti və məişəti (tarixi-etnoqrafik aspektlər) barədə söhbət- I Hissə
Əsəd Təhləli ilə Gürcüstan azərbaycanlılarının etnik mədəniyyəti və məişəti (tarixi-etnoqrafik aspektlər) barədə söhbət- III Hissə

Azərbaycanla Avropa İttifaqı arasında yeni Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlara başlanılması, eləcə də yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqların bərpa edilməsi barədə ümumi razılıq mövcuddur.

Bunu “Report”a müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycan-Aİ Təhlükəsizlik Dialoqunun növbəti – 6-cı iclası keçirilib:

“Azərbaycanla Avropa İttifaqı arasında Enerji Dialoqunun 3-cü görüşü 2025-ci il iyunun 13-də Brüsseldə təşkil edilib. Bununla yanaşı, cari ilin oktyabrın 9-da isə Brüsseldə 2-ci yüksək səviyyəli nəqliyyat dialoqu keçirilib”.

A.Hacızadənin sözlərinə görə, Azərbaycan Avropa İttifaqı münasibətlərinin perspektiv istiqamətlərindən birini Avropa İttifaqı ölkələri ilə strateji formatda ikitərəfli münasibətlərin inkişaf etdirilməsi təşkil edir:

“Hazırda Azərbaycan Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşdır”.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Report