Azərbaycan və Estoniyanın enerji təhlükəsizliyi məsələlərinə baxışları oxşardır

Azərbaycan siyasətçilərinin ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki toplantısı ilə bağlı rəyləri
Veronika Kotek: “Moskva Bəyannaməsi xüsusi öhdəliyin yenidən təsdiqlənməsidir”
ABŞ-la Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı baza mövcuddur

Azərbaycan – Estoniya münasibətlərinin dinamikasını necə qiymətləndirirsiniz və Estoniya və Azərbaycan arasında əməkdaşlıq prioritetləri necədir?
– Ölkələrimiz arasında münasibətlər səmərəli, etibarlı, səmimidir və gələcəyə istiqamətlənib. XXI əsrdə ən ciddi problemlərdən biri kimi enerji təhlükəsizliyi məsələlərinə baxışlarımız oxşardır.

Biz Cənubi Qafqazda sabitlik və sülhdə, bu regiondakı münaqişələrin siyasi yolla həllində maraqlıyıq və daimi sülh və rifaha öz töhfəmizi verməyə hazırıq. Həm Tallində, həm də Bakıda Estoniya və Azərbaycan arasında iqtisadi münasibətlərin təşviqi üçün böyük imkanlar var.

Ümid edirəm ki, yanvarda Azərbaycana səfərim bu inkişafa əlavə impuls verəcək. Belə ki, Estoniyanın nümayəndə heyətində bizim iqtisadiyyat naziri və Azərbaycana sərmayə yatırmaqda maraqlı olan sahibkarlar iştirak edəcəklər. Bundan başqa, bu arada Bakıda kompüter texnologiyaları üzrə Azərbaycan-Estoniya forumu keçiriləcək.

– Estoniya, Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqına inteqrasiyası prosesində hansı yardımı təqdim edə bilər?

– Ənənələrimiz, tarixi təcrübəmiz kimi, ölkələrimiz də müxtəlifdir. Bu nəzərə alınmalıdır. Buna baxmayaraq, hesab edirəm ki, Avropa Komissiyasının hazırladığı və Estoniyanın qəti tərəfdarı olduğu Şərq Tərəfdaşlığı təşəbbüsü Azərbaycanın Avropaya inteqrasiyasına yeni mühərrik ola bilər. Bu təşəbbüsün məqsədi Avropa İttifaqını Şərq qonşuları ilə yaxınlaşdırmaqdan ibarətdir.

Beş il əvvəl Avropa İttifaqına daxil olmuş Estoniya üçün Avropaya inteqrasiyanın inkişafında beş prinsip mühüm olub. Demokratiya, qanunun aliliyi, şəffaflıq, söz və fikir azadlığı – inkişafın bu təməl daşları hələ Avropa İttifaqına daxil olanadək Estoniyada əziz idi və onlar cəmiyyətimizi dayanıqlı və sabit saxlamaqda davam edən lövbərlərdir.

– Azərbaycan Estoniyadan hansı təcrübəni mənimsəyə bilər?

– Məsələn, informasiya və kommunikasiya texnologiyalarından danışmaq olar. Estoniya hesab edir ki, dövlət və onun informasiya sistemi bütövlükdə inkişaf etməlidir. İnformasiya sistemi dövlətin ən yaxşı üsulla gündəlik fəaliyyətini dəstəkləməli və əhali, sahibkarlar, dövlətlə bağlı digər şəxslərin maraqlarından çıxış etməlidir.

Bu gün Estoniyanın İT sahəsində parlaq nəticələri, o cümlədən bəzi presedentsiz və dünyada ən orijinal həlləri var.Məsələn, bütün Estoniyanı əhatə edən X-Tee (X yolu) nəqliyyat səviyyəsini, elektron vergi inzibatçılığı, elektron imza, eləcə də unikal elektron seçkilər sistemini, demək olar ki, hər bir estonun cibində gəzdirdiyi İD – kartları götürək.

2007 – ci ildə estoniyalı sahibkarlar “Elektron hökumət laboratoriyası” təşkilatını yaradıblar. Təşkilatın məqsədi ən yaxşı elektron idarəetmə üsullarının, eləcə də Estoniyada onun yaradıcılarının vahid kompleks birliyində cəmləşdirilməsindən ibarətdir.

Əminəm ki, Estoniya və Azərbaycanın müəssisələri arasında əməkdaşlıq qarşılıqlı faydalı olacaq.

– Ölkələrimizin regional siyasət, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqelərində ümumi cizgilər mövcuddurmu?

– Estoniya və Azərbaycan başa düşürlər ki, belə münaqişələr bütün regionun təhlükəsizli yinə və sabitliyinə təhdiddir. Estoniya möhkəm əmindir ki, belə münaqişələrin həlli gələcəyə istiqamətlənib və müəyyən vaxt aparacaq. Həll yolları hərbi əməliyyatların köməyi ilə deyil, diplomatlar və siyasətçilər tərəfindən danışıqlar şəklində tapılmalıdır və ürəkdən şadam ki, Azərbaycanın hazırki administrasiyası da bu rəyə tərəfdardır.

Dağlıq Qarabağ münaqişəsinin həlli sıx və daimi beynəlxalq əməkdaşlıq, eləcə də bütün maraqlı tərəflərin dözümünü və kompromislər tapmaq bacarığını tələb edir. Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransanın fəaliyyətini dəstəkləyir, Azərbaycan və Ermənistan prezidentlərinin 2008 – ci il noyabrın 2-də imzaladıqları münaqişənin dinc yolla nizamlanmasıan dair Bəyannaməni alqışlayırıq.

Estoniya Aİ vasitəsilə bu məsələdə öz fəallığını göstərir, halbuki, mehriban qonşuluq siyasəti planı Azərbaycan və Ermənistanın bu münaqişənin həllinə yardım edəcəklərini nəzərdə tutur.

– Estoniya, noyabrda Bakıda keçirilmiş enerji sammitinin yekunları üzrə bəyannamə imzalayan ölkələrdən biri olub. Karbohidrogenlərin Xəzər regionundan dünya bazarlarına nəqli üçün Avropa – Asiya dəhlizinin tikintisi layihəsinin realizəsini və Estoniyanın bu layihədə rolunu necə görürsünüz?

– Xəzər regionu Avropa İttifaqının enerji tədarüklərinin diversifikasiyası üzrə malik olduğu əsas ehtiyatlardan biridir. Aİ-nin sədrliyi, Xəzər regionu ilə bağlı layihələrin müzakirəsi üçün istehsalçı – ölkələr və tranzit dövlətlərlə sammit (Aİ – nin Cənub dəhlizi sammiti) təşkil etmək niyyətindədir.

Məsələn, “Nabukko” qaz kəməri və “Odessa – Brodı – Plotsk – Qdansk” neft kəməri kimi Avropa İttifaqına neft və qaz tədarükü layihələri Estoniyanı enerji ehtiyatları ilə təmin etməsə də, Aİ – nin enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib əhəmiyyət daşıyırlar və buna görə də Estoniya üçün də priroitetdir./Trend/