Azərbaycan vətəndaşları Türkiyədə iki seçki məntəqəsində səs verirlər

Bakıdakı 2 nömrəli texniki-humanitar liseyin binası əsaslı təmir edilib Prezident İlham Əliyev liseydə yaradılan şəraitlə tanış olub
“Hədiyyə karvanı” Şəhid və qazi övladlarını sevindirmək üçün növbəti dəfə Azərbaycandadır
AVCİYA və «ELS» – in birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri

Türkiyədə yaşayan Azərbaycan vətəndaşları prezident seçkiləri çərçivəsində bu ölkədə Ankara və İstanbulda yaradılan iki seçki məntəqəsində səs verəcəklər. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. Diplomatik nümayəndəlikdən deyilib ki, hazırda 636 Azərbaycan vətəndaşı konsulluq uçotundadır.

Səfirlikdən vurğulanıb ki, Ankaradakı səfirlikdə və İstanbuldakı Baş Konsulluqda yaradılan hər iki seçki məntəqəsi seçkilərə hazırdır: seçki bülletenləri, protokollar və digər materiallar artıq seçki məntəqəsinə çatdırılıb.

Səfirlikdən bildirilib ki, hər iki diplomatik nümayəndəliyin əməkdaşları Azərbaycanda prezident seçkiləri zamanı vətəndaşlarımızın səsvermə hüququnun reallaşdırılması üçün səfərbər ediliblər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. /Trend/