“Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf”

AVCİYA Gəncədə də seçki proseslərinə start verməyə hazırdır
“Sərsəng – SOS” adlı tədbir keçirilib
AVCİYA “Sərsəngə yürüş” adlı aksiya həyata keçirib

Son günlər müxalifət mətbuatında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə 16 aprel 2010 – cu il tarixdə keçirdiyi “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfransla bağlı bəzi məlumatlar geniş şərh olunmaqdadır. Bu şərhlərdəki əsas ziddiyyətər “ Azadlıq” blokuna daxil olan partiyalarla Müsavat partiyası arasında “Azadlıq” blokununun həmtəsisçisi “Vətəndaş və İnkişaf Pariyası”(VİP) sədrininin konfransdakı məruzəsinin mətni ilə bağlıdır. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı aşağıdkı məlumatları bildirməyi zəruri hesab edir:
“Bu ilin noyabrında keçiriləcək parlament seçkilərinin daha demokratik və şəfaf keçirilməsi, seçki praktikasının və qanunvericiliyinin təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə AVCİYA Seçki Qərargahı fəaliyyət proqramı hazırlayıb. Proqram çərçivəsində Assosiasiya 05 mart 2010 – cu il tarixdə “Azərbaycan Respublikasında 2010-cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda Dəyirmi Masa və 16 aprel 2010 – cu il tarixdə Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirib. Beynəlxalq konfransda Azərbaycan Respublikası Milli Məclisinin, Avropa Şurası və ATƏT – in Parlament Assambleyasının deputatları, QHT, KİV, iqtidar və müxalifət partiyalarının nümayəndələri, müstəqil ekspertlər iştirak etmişlər. Məlumat üçün qeyd edək ki, konfransda YAP, Ana Vətən, ADP, ALP,VİP, VHP, VBP, BXCP, KXCP, AMİP, DİP, Ədalət, Tərəqqi, Aydınlar və s. partiyaların rəhbərliyi təmsil olunub. AVCİYA konfransdan sonra əvvəlki tədbirlərdə olduğu kimi konfransın materiallarını kitab şəklində azərbaycan və ingilis dillərində nəşr edib. Konfransın gedişində və sonra məruzəçilərdən kitaba daxil edilmək üçün məruzələrin mətnlərini assosiasiyaya təqdim etmək xahiş olunub. Materiallar toplandıqdan sonra kitab nəşr edilib. Kitaba yerli və beynəlxalq nümayəndələrin 13 məruzəsi daxil edilib.
“Yeni Musavat“ və “Azadlıq” qəzetlərində son günlərdə dərc olunmuş “MÜTTƏFİQİNDƏN ƏLİ KƏRİMLİYƏ İNANILMAZ XƏYANƏT”, “ SİYASƏTÇİLƏR FAYLLARI QARIŞDIRANDA”, “Əli Əliyev “məruzə qalmaqalı” ilə üzləşdi”, “XƏYANƏT FAYLININ HARADAN GÖNDƏRİLDİYİ BƏLLİ OLDU” və s. yazılarda konfransın materiallarında VİP sədri Ə.Əliyevin məruzəsi ilə bağlı müxtəlif fikirlər səslənir.
AVCİYA seçkilərin şəfaf keçirilməsinə yardım etmək məqsədilə 2004 – cü ildən bu günə kimi bir sıra metodik vəsait və 14 kitabça nəşr edib. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib.
AVCİYA olaraq biz bir daha bildiririk ki, kitabda nəşr olunan bütün yazıların mətnləri məruzəçilər tərəfindən assosiasiyaya təqdim olunub. VİP sədri Ə. Əliyevə müraciət olunanda, o bu işi partiyadaşına həvalə etdi və mətnin elektron variantı həmin partiyanın rəhbərliyində təmsil olunan şəxs tərəfindən bizim email ünvanımıza 28 aprel 2010 – cu il tarixdə göndərilmişdir. Bu məsələdə hər hansı bir problem varsa bu Vətəndaş və İnkişaf Partiyasının daxili problemidir və həmin partiya tərəfindən həll olunmalıdır. AVCİYA-ya olan iradlar isə məntiqsizdir və heç bir əsası yoxdur.
Sonda AVCİYA bəyan edir ki, təşkilatın məqsədi ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, demokratikləşməyə yaxından dəstək verməkdir. Assosiasiya Azərbaycanda fəaliyyət göstərən bütün siyasi və ictimai qurumlara hörmətlə yanaşır, onlar arasında dioaloqun, əməkdaşlığın inkişafına kömək göstərməyi özü üçün prioritet hesab edir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı