Azərbaycanda 5 000-dən çox taksi sürücüsü daşımalardan kənarlaşdırılıb

AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
Türkiyə XİN: “Dildə, Fikirdə, İşdə Birlik” şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik

Azərbaycanda qaydalara riayət etməyən 5 000-dən çox taksi sürücüsü daşımalardan kənarlaşdırılıb.

“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir və neqativ halların qarşısını almaq üçün preventiv tədbirlər görülür.

“Sərnişinlər taksi sahəsində qarşılaşdıqları problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər”, – deyə qurumdan bildirilib.

Report.az