Azərbaycanda dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı 3 dəfə azalıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı bəzi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
“Fərqli Fərdlər” konqresinə qeydiyyat başlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 26 saxta domen bloklanıb.

“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.

Təkcə III rübdə 7 saxta domen bloklanıb ki, bu da əvvəlki rübə nisbətən 2 dəfə, bir il öncəki göstərici ilə müqayisədə isə 7,6 dəfə azdır.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumlarını hədəf alan 100 saxta domen aşkarlanaraq bloklanıb.

Report