Azərbaycanda “evdeqal.az” portalı istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin görüşü olub
6 milyard dollarlıq “Mərkəzi-Şərqi Azəri” layihəsi təsdiq edildi
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “www.evdeqal.az” saytı istifadəyə verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, saytın yaradılmasında əsas məqsəd insanların özünün və ətrafdakıların sağlamlığını qoruması üçün ehtiyac olmadıqda evdən çıxmamasının vacibliyi istiqamətində maarifləndirilməsi, əhalinin gündəlik tələbatlarını qarşılaya bilməsi üçün rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsidir.

Məlum olduğu kimi, koronavirusla bağlı sosial izolyasiya tədbirləri fonunda insanların distant təhsilə, e-səhiyyəyə, onlayn mağazalara və kinoteatrlara, mal və xidmətlərin onlayn sifarişinə olan tələbatı dəfələrlə artıb. Məhz bu nəzərə alınaraq “evdeqal.az” saytında istifadəçilərə “təhsil”, “çatdırılma”, “tibb”, “qida” və “əyləncə” kateqoriyaları üzrə onlayn xidmətlər, eləcə də koronavirus şəraitində mövcud çağırış və imkanlar haqqında dolğun məlumatlar bir arada təqdim olunur.Saytda, həmçinin, evdə qalaraq rəqəmsal biznes qurma yolları, bu biznesin onlayn idarə üsulları kimi insanların şəxsi inkişafına yönəlmiş onlayn öyrənmə imkanları diqqətə çatdırılır.

trend.az