Azərbaycanda ilk dəfə: QHT cəza çəkməkdən azad edilmiş evsiz şəxslər üçün sığınacaq yaratmışdır

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib
Məhərrəm Zülfüqarlı: Azad edilmiş rayonlarda yeni toraq islahatlarının keçirilməsi olduqca vacibdir
Fövqəladə Hallar Nazirliyi koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (VCU) Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə reallaşdırılan “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2” (SPERA 2) birgə proqramı çərçivəsində “Sosial cəhətdən gücləndirilmə və davranış dəyişikliyinə kömək etməyi təmin edəcək psixoloji və psixo-sosial dəstək” layihəsini həyata keçirir. Layihə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının təmin edilməsi istiqamətində kompleks tədbirlər planını ehtiva edir. Bu sahədə geniş təcrübəyə malik Mərkəzin sosial işçi və psixoloqları cəza çəkməkdən azad olunacaq şəxslərlə elə CÇM-dən ünsiyyətə başlayır, azadlığa çıxdıqdan sonra isə onları zəruri psixo-sosial müşaiyyət edirlər. Bu məqsədlə CÇM-lərdə daimi görüşlər, məlumatlandırma sessiyaları keçirilir, məhkumlara sosial adaptasiya məsələləri, azadlıqda faydalana biləcəkləri hüquqlar, qanunvericilikdə onlar üçün nəzərdə tutulmuş güzəştlər, Mərkəzin fəaliyyəti barədə informasiyalar verilir, məlumatlıandırıcı materiallar, bukletlər paylanılır. Mərkəzə müraciət etmiş keçmiş məhkumlara tibbi xidmətlərə çatımlılıq, məşğulluğun təmin olunması, qarşılaşdıqları psixoloji baryerlərin aşılmasında köməklik göstərilir, evsiz keçmiş məhkumlar isə Mərkəzdə yaşayış  yeri ilə təmin edilirlər. Layihənin əsas istiqamətlərin biri də Azərbaycanın bölgələrində yaşayan keçmiş məhkum və onların ailələri ilə görüşlərin keçirilməsidir. Bu görüşlər də reinteqrasiya prosesinin sürətləndirilməsinə tutarlı töhvə verir.

Qeyd edək ki, VCU Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində 2011-ci ildən etibarən cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən “Sağlamlıq otaqlarında” “zərərin azaldılması” proqramını uğurla həyata keçirir.  “SPERA 2” proqramı isə təşkilaımıza öz benefisiarlarına həm də azadlığa çıxdıqdan sonra dəstək vermək imkanı yaratdı.

Təcrübə göstərir ki, keçmiş məhkumların reinteqrasiyası prosesində əsas maneələrdən biri də cəmiyyətimizdə olan stereotiplərdir. Ələlxüsus biz sağlam gələcək görmək istəyiriksə həssas əhali qruplarına qarşı sosial dəstək xidmətlərini genişləndirməliyik. Bu baxımdan bu işdə QHT-lərlə yanaşı həm də özəl sektorun, xüsusən də işəgötürənlərin üzərinə böyük yük düşür.