Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək

Dünya Bankı Azərbaycana ayıracağı kreditləri güzəştli şərtlərlə verəcək
“Azərbaycan hələ BEPS İnklüziv Çərçivəsinə qoşulmasa da, məlumat mübadiləsində beynəlxalq standartların tətbiqi üçün mühüm işlər görür”
Bakıda “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatı keçirilir

“Yaxın zamanlarda Azərbaycanda ilk dəfə olaraq toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Toxumçuluğun mövcud vəziyyəti və aqrokimyəvi xidmətlərə” həsr olunmuş tədbirdə bildirilib.

Qeyd edilib ki, əsas məqsəd istehsal olunmuş sertifikatlı toxumları nümayiş etdirmək, toxum istehsalçılarını istehlakçı ilə birbaşa əlaqələndirmək və toxum bazarını formalaşmasına dəstək verməkdir: “Burada əsas mədsəd istehsal olunmuş sertifikatlı toxumları nümayiş etdirmək, toxum istehsalçılarını istehlakçı ilə birbaşa əlaqələndirmək və toxum bazarını formalaşmasına dəstək verməkdir”.

Həmçinin əlavə edilib ki, fermerlər aldıqları sertifikatlı toxumun keyfiyyətinə bir daha əmin olmaq üçün qeyd olunan laboratoriyalarda yoxlatdıra bilərlər. “Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir”, – AXA-dan bildirilib.

Report.az